NATO S-400 raketi almasını Türkiyənin daxili işi hesab edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, “hərbi təchizatların tədarükü məsələsi ölkələrin milli qərarları çərçivəsindədir”.

Baş katib bu sözləri Türkiyənin Rusiyadan aldığı və bu ilin iyul ayında tədarük etməyə hazırlaşdığı, ABŞ-ın qəzəbinə səbəb olan S-400 zenit raket kompleksi barədə danışarkən qeyd edib.

 “Məcburi güvənlik sınaqlarının olduğu bu dövrdə NATO müttəfiqləri Türkiyə ilə həmrəydir. Hərbi təchizatların tədarükü məsələsi ölkələrin milli qərarları çərçivəsindədir” – Stoltenberq Anadolu Agentliyinə açıqlamasında deyib.

Qeyd edək ki, ABŞ NATO-nun arsenalına uyğun olmadığı bəhanəsi ilə Türkiyənin Rusiyadan silah almasına qətiyyətli qarşı çıxır və buna görə Ankaraya təzyiq göstərir.‍

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın