Cümə axşamı , Mart 28 2024
azfa

NATO Türkiyəyə bu ölkənin İspaniya və İtaliyaya yardımına görə təşəkkür etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Baş katibi Yens Stoltenberq Türkiyə Silahlı Qüvvələrinin İtaliya və İspaniyaya tibbi ləvazimat göndərməsinin alyans həmrəyliyinin açıq göstəricisi olduğunu bildirib.

Baş katib tvitter hesabından yeni tip koronavirusla mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin adıçəkilən ölkələrə yardım aparan təyyarəsinin fotosunu paylaşıb.

“NATO həmrəyliyi fəaliyyətdədir. Müttəfiqlərimizin bir-birinə təcili yardım göndərməsindən qürur duyuram. Birlikdə daha güclüyük”, – Stoltenberq qeyd edib.

Xatırladaq ki, Türkiyə Müdafiə Nazirliyi İtaliya, İspaniyaya yerli fabrik və tikiş evlərində istehsal edilən tibbi maska, qoruyucu geyim, antibakterial mayedən ibarət yardım göndərmişdi.

Qeyd edək ki, İtaliyada 105 min 792, İspaniyada 102 min 136 nəfər koronavirusa yoluxub.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın