Çərşənbə axşamı , Oktyabr 27 2020
azfa

Netanyahu İsraili hədələyən İrana “F-35” qırıcılarını xatırlatdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu İsraili hədələyən İranı “F-3“” qırıcıları ilə hədələyib.

B.Netanyahu ən yeni “F-35” qırıcı-bombardmançı təyyarələrinin eskadrilyasına baş çəkib.

Baş nazir İranı bu təyyarələrdən istifadə etməklə təhdid edib:

“İran bu yaxınlarda İsraili məhv etməklə hədələdi. O başa düşməlidir ki, bu təyyarələr Yaxın Şərqdə İran və Suriya daxil olmaqla istənilən yerə uça bilər”.

Xatırladaq ki, İsrail ABŞ-dan 50 ədəd beşinci nəsil “F-35” qırıcısı sifariş verib və ən azı doqquz ədədini alıb. İsrail Yaxın Şərqdə həmin təyyarələrə sahib yeganə ölkədir və dünyada ilk dəfə “F-35” qırıcısını döyüşdə tətbiq edib.

Həmçinin yoxlayın

Ermənistanın “suriyalı muzdlu” planı de-şifrə oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sentyabrın 27-də işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində …

GADTB başqanı Əjdər Tağızadənin Azərbaycan ordusunun zəfəri ilə bağlı təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir