Pakistandan irqçi fars rejimə xəbərdarlıq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Pakistanın paytaxtı İslamabaddakı səfiri Mehdi Xonardost Pakistanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Pakistan XİN-dən verilən açıqlamada Xonardostun İran-Pakistan sərhədində 6 əsgərin həlak olduğu teraktla bağlı çağırıldığı bildirilib.

Pakistan irqçi fars rejimindən silahlı qruplarla daha təsiredici şəkildə mübarizə aparmasını və gələcəkdə bənzər olayların baş verməməsi üçün təhülkəsizlik tədbirlərinin artırılmasını tələb edib.

Qeyd edək ki, ötən gün Pakistanın Bəlucistan əyalətinin Keç dairəsində silahlı dəstələrin mühafizə dəstəsinə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 6 əməkdaşı həlak olub, 14-ü isə yaralanıb.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın