Bazar , Noyabr 18 2018
azfa

Paris sülh konfransında (1919-cu il) “Böyük Ermənistan” iddialarına qarşı mübarizə

GADTB: Azərbaycan Xalq Cümhuriyyəti Sülh nümayəndəliyinin Paris konfransındakı çoxşaxəli fəaliyyətinin başlıca istiqamətlərindən birini də Azərbaycanın ərazi bütövlüyü uğrunda diplomatik mübarizə təşkil edir. Bu problemə dair məsələlərin aşağıdakı şəkildə qruplaşdırılması lazım gəlir:

Bir sıra xarici dövlətlər tərəfindən dəstəklənən ermənilərin Cənub-Qərbi Azərbaycan torpaqlarına dair iddialarını Sülh konfransının himayəsi ilə qanuniləşdirməyə və gerçəkləşdirməyə çalışmaları;

Azərbaycan Sülh nümayəndəliyinin “Böyük Ermənistan” iddialarının dəf olunması sahəsindəki siyasi-diplomatik səyləri.

Ermənilər hələ Paris konfransınadək Azərbaycanın Qarabağ, Naxçıvan, Zəngəzur və s. mahallarında sürətlə “etnik təmizləmə” -“yandırılmış torpaq” siyasətini yürütmüşdülər. Onlar bununla da “türksüzləşdirilmiş müsəlmansızlaşdırılmış” bölgələrimizə öz “etnoqrafik hüquqlar”ını “sübuta” yetirməyə və həmin ərazilərin Ermənistana “tarixi” mənsubiyyətinin beynəlxalq birlik tərəfindən tanınmasına çalışırdılar. Ermənistan bu qəsbkarlıq məqsədlərinə müvafiq olaraq Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı Sülh konfransına da tələblər irəli sürdü. Onun nümayəndəliyinin Memorandumunda Qafqaz Ermənistanının – keçmiş İrəvan

quberniyasını (vaxtı ilə ona qatılan Naxçıvan mahalı və s.), habelə Gəncə quberniyasının cənub hissəsini də (Zəngəzur və b. qəzaları) əhatə edən -ərazisi göstərilirdi. Ermənilər öz niyyətlərini gerçəkləşdirmək üçün Memorandumda bir sıra cəfəng “dəlillər”i vurğulamışdılar. Onlar iddia edirdilər ki, azərbaycanlılar:Birinci Dünya müharibəsində Osmanlı türkləri ilə müttəfiq olmuşlar;

Bakıda ingilis-erməni qüvvələri ilə vuruşmuşlar.Hazırda da Qafqazda yeni fəlakət törədəbilərlər. ErmənilərinPariskonfransından tələbləri, təqdim etdikləri xəritədən də göründüyü kimi dənizlərdən (Qara və Xəzər) dənizə (Aralıq) qədər ərazinin “xarici işğalçılar”dan (Osmanlı və Azərbaycan dövlətlərindən) “azad olunması”nı nəzərdə

tuturdu. İrəvandakı ingilis missiyasının üzvü polkovnik Temperleyin “Ermənistan Rus dövlətinin 1914-cü il hüdudlarında hansı əraziləri özünün ayrılmaz hissələri sayır?” sualına cavabında çoxlu digər bölgələrlə yanaĢı həm də bütün İrəvan

quberniyasının və cüzi istisnalarla Gəncə quberniyasının Zəngəzur qəzasının adlarını çəkmişdi. Erməni nümayəndə heyətlərinin Paris konfransından tələbləri böyük

dövlətlərin baĢçıları (L.Corc, Nitti) tərəfindən ciddi qəbul edilmədi. Belə ki,L.Corc Ġcmalar palatasındakı çıxışlarında:

a) ermənilərin arzularının həddən ziyadə böyüklüyünü;

b) iddiasında olduqları ərazilərin əhalisinin tərkibində azlıq təşkil

etmələrini qabartdı.

İtaliyanın, “ermənilərin işini öz işi sayan”, əvvəlki Baş naziri Orlandodan fərqli olaraq Nitti “Böyük Ermənistan”ın bərpasını Antantanın avantürası sayırdı. O sanki gələcəyə ünvanlanan çox orijinal bir tövsiyə-xəbərdalığın da müəllifidir: “Ermənistan yalnız xəyali hüquqlarının köçürüldüyü xəritə ilə kifayətlənə bilər”.

Paris konfransında ermənilərin əsassız ərazi iddialarına Sülh nüınayəndəliyimiz tərəfindən yetərincə tutarlı cavablar verildi. Öncə “Parisdəki Sülh konfransına Qafqaz Azərbaycanı Sülh nümayəndəliyinin tələbləri” (Memorandumu) ilə ermənilərin iddiaları rədd olundu. Memorandumun IX (“Azərbaycan

Respublikasının ərazisi”) və X (“Azərbaycan Respublikasının ərazisi və əhalisinin sayı”) bölümləri də bunu təsdiqləyir.

Memoranduma əlavə olunan xəritədən də göründüyü kimi, AXC-nin tabeliyində olan ərazisi Şərqdə Xəzər dənizi, Şimalda Dağıstan, Quzey Qafqaz və Gürcüstan, qərbdə Gürcüstan və Ermənistan, cənubda İranla həmsərhəd idi. Onun

real hakimiyyəti altında olan mübahisəsiz ərazi 94.137,38 kv. km təşkil edirdi. Bu da Qafqazın 247.376,15 kv. km-lik ərazisinin 30 faizinə bərabər idi. AXC hakimiyyətinin yayıldığı mübahisəli əraziləri də əlavə etdikdə respublikanın ümumi ərazisi 150.184,88 kv. km olurdu. Bu da bütün Qafqazın 60 faizini təşkil

edirdi. Azərbaycan Sülh nümayəndəliyi “Böyük Ermnistan” uğrundakı fitnəfəsadların Parisdəki davamına qarşı mübarizə apararkən bir sıra diplomatik tədbirlər gördü. Onlar arasında Ə.TopçubaĢının Sülh konfransının sədrinə və müttəfiqlərin nümayəndələrinə ünvanladığı etiraz notası (16/19.VIII.1919)

xüsusi yer tutur. Nota ingilislərin himayəsi ilə Qars Respublikasının Ermənistana biriəşdirilməsi, habelə Naxçıvan. şərur-Dərələyəz, Sürməli mahallarının və İrəvan qəzasının bir hissəsinin onun idarəçiliyinə keçməsinin elan edilməsinə görə

verilmişdi. Mühüm əhəmiyyət kəsb edən bu diplomatik sənəddə aşağıdakı məqamlar nəzər-diqqəti xüsusi ilə cəlb edirdi:

a) göstərilən mahalların ermənilərin idarəçiliyinə verilməsinin elan edilməsi ilə (IV.1919) əlaqədar Müttəfiqlərin Qafqazdakı qoşunlarının komandanlığına AXC hökuməti tərəfindən etiraz olunması,

b) erməni hərbi hissələrinin həmin qəzalarda türk-müsəlman əhalisinə

qarşı görülməmiş vəhşiliklər törətmələri;

c) bu ərazilərin idarəçiliyinin ermənilərə verilməsinin AXC-nin həmin torpaqlara dair şəksiz hüquqlarının açıq-aşkar pozulması kimi qiymətləndirilməsi.Bölgələrin idarəçiliyinin Ermənistana keçməsi aktının onun hökuməti ilə yerli müsəlman əhalisi arasında daimi anlaşılmazlıqlar və hətta toqquşmalar

yaradacağı da notada vurğulanırdı. “Notada həmçinin AXC hökumətinin mövqeyinin haqlılığına dair dəlillər də öz əksini tapmışdı: adları sadalanan qəzaların Azərbaycanın tərkib hissəsi kimi həmişə onun tərəfindən idarə edilməsi;

Ermənistan Respublikasının idarəçilik mənasında hazırkı vaxtadək həmin qəzalarla heç bir əlaqəsinin olmaması;

göstərilən ərazilərin müsəlman əhalisinin Ermənistanın idarəçiliyinə əsla dözməmələri və Azərbaycana can atmaları, bu məqsədlə də çoxsaylı nümayəndəliklər və yazılı müraciətlər göndərmələri; ən əsası isə adları çəkilən ərazilərdə yaşayan müsəlmanların və ermənilərin nisbətinin bu torpaqların Azərbaycana mənsubiyyətinin həlli üçün yetərliliyi.

Etiraz notasında həm də Sülh konfransından bir xahiş edilirdi. Belə ki, Müttəfiqlərin Qafqazdakı qoşunlarının komandanlığı vasitəsi ilə həmin qəzaların AXC-nin idarəçiliyində saxlanılması istənilirdi. Lakin bu kimi xahiş və istəklər hələki elə bir ciddi nəticə vermirdi. Ə.Topçubaşı bunu “Paris məktubları”nda çox yaxşı açıqlamışdı: ingilis komandanlığı yerli müsəlman əhaliyə qarşı ədalətsiz hərəkətlərə göz yumur; tədbirlər görmək bir yana, açıq-aşkar yanlışlığa yuvarlanıb müsəlmanları günahlandırır; burada (konfransda) da kiçik xalqlara münasibətdə eyni ehtiyatlı, gözləmə mövqeyi və eyni cahillik, xəbərsizlik hökm sürür.

Regionun digər dövlətlərinin Sülh nümayəndəliklərinin “Qafqaz Evi” uğrundakı mübarizəsi də ermənilər tərəfindən əngəlləndi. Onların təmsilçiliklərinin yalnız ‘Türkiyə və Qafqaz Ermənistanının vahid və böyük Ermənistan olaraq

Ümumqafqaz Konfederasiyasına qatılmasının mümkünlüyü” tezisi birgə mübarizəyə ciddi zərbə vurdu.

Ermənilərin Qafqaz xalqları arasındakı ərazi-sərhəd mübahisələrinin tənzimlənməsinə dair məkrli (qərəzli) mövqeləri də regionun problemlərinin həllinə ciddi xələl gətirdi. Belə ki, onların təmsilçiləri Sülh nümayəndəliklərinin birgə iclaslarına (müzakirələrinə) əsasən qatılmırdılar. Danışıqlar prosesinə

qoşulanda da əsassız tələblərlə və mümkünsüz təkliflərlə ümumi nəticələrə gəlinməsinə imkan vermirdilər. Məsələn, onların təmsilçilikləri konfransdakı güclü dayaqlarını nəzərə alaraq ərazi-sərhəd məsələlərinin məhz burada həll edilməsinə çalışırdılar.

Buna görə də Azərbaycan və Gürcüstan nümayəndəliklərinin birgə iclaslarında (14.VIII.1919 və s.) ikitərəfli ortaq mövqe işlənib hazırlandı. Özəyində M.Məhərrəmovun təklifi dayanan bu ortaq mövqe:

a) sərfəli sayılmadığından ərazi-sərhəd mübahisələrinin konfransda deyil, yerlərdə həll edilməsini;

b) bu işdə əsas prinsip kimi AXC-GR müqaviləsinin (16.VI.1919) dördüncü maddəsinə istinad olunmasını nəzərdə tuturdu (Həmin maddə ərazi məsələlərinin tərəflər arasında tənzimlənməsini, mübahisəli hallarda isə arbitraj vasitəsi ilə həllini əsas

götürürdü).Azərbaycan Sülh nümayəndəliyinin torpaqlarımızın tamlığı uğrunda, ilk növbədə isə “Böyük Ermənistanın bərpası” cəhdlərinə qarşı mübarizəsi sonrakı beynəlxalq məclislərdə də (London və San-Remo konfranslarında) davam etdirildi.

İsmayil Musa

Tarix elmləri doktoru, professor

 

Həmçinin yoxlayın

Suriyada minlərlə döyüşçü Türkiyədən əmr gözləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azad Suriya Ordusunun tərkibindəki “Həmzə” briqadası Türkiyənin Fəratın …

Ahıska türklərinin soyqırımı: “Sovet hakimiyyəti ölənlərin sayını azaldıb”- Müsahibə

GADTB: Tarixin sürgün və işgəncələrinə məruz qalan xalqlarından biri də Ahıska türkləridir. Stalin siyasətinə “xəyanət” …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir