Cümə , Aprel 19 2024
azfa

Partlayışdan sonra əhali Beyrutda Hizbullah və hakimiyyətə qarşı etirazlar keçirir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, partlayışdan sonra əhali Beyrutda terrorçu Hizbullah və hakimiyyətə qarşı etirazlar keçirməkdədir.

Beyrutda terrorçu hizbullah və hökumət əleyhinə keçirilən aksiyada etirazçılar Livan Xarici İşlər Nazirliyinin binasına hücum edib.

RİA Novostinin məlumatına görə aksiya iştirakçıları nazirliyin binasına daxil olub.

Qırmızı Xaç Cəmiyyətinin Livan ofisi Tvitter səhifəsində aksiyalar zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 110-a yaxın insanın yaralandığını qeyd edib.

Bundan əlavə, etirazçıların parlament binasını da ələ keçirdiyi barədə məlumat yayılıb.

Nümayiş zamanı bir təhlükəsizlik işçisi odlu silahla vurularaq öldürülüb.

Bu barədə Bu Əl-Hadat telekanalı məlumat yayıb. Bildirilib ki, daha bir neçə nəfər güllə yarası alıb.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın