Çərşənbə axşamı , Aprel 23 2024
azfa

PKK ermənilərdən ibarət yeni terror qruplaşması yaratdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyada PKK terror təşkilatının tərkibində ermənilərdən ibarət yeni terror qrupu yaradılıb.

Qrupun tərkibində Ermənistandan Suriyaya gedən daşnak-ermənilər və Suriya ərazisində yaşayan bəzi erməni qruplar qoşulub.

PKK-nın tərkibində qurulan bu erməni qruplaşma terror təşkilatının Suriya qolu olan YPG-yə tabe olacaq.

Qeyd edək ki, PKK-nın Suriya qolu olan YPG ABŞ tərəfindən Türkiyəyə qarşı qurulub. Suriya torpaqlarının 1/3-ni işğal edən PKK/YPG-yə qarşı ötən il Türkiyə Silahlı Qüvvələri tərəfindən “Zeytun budağı” adlı əməliyyat həyata keçirilib. Nəticədə Afrin bölgəsi terrorçulardan azad olunub.

Bundan başqa, Suriyadakı vətəndaş müharibəsi başlandığı andan etibarən 13 mindən artıq suriyalı erməninin Azərbaycanın işğal olunmuş Qarabağ ərazisinə gətirildiyi də məlumdur. Eyni zamanda, terror təşkilatı PKK-nın işğal olunmuş Qarabağ ərazisində təlim düşərgələrinin olduğu haqda məlumatlar da dünya mətbuatında yayılmaqdadır.

Ehtimal etmək olar ki, Suriya ərazisində qurulan PKK/YPG-nin nəzarətində olan erməni qruplaşması gələcəkdə qeyri-qanuni yollarla Qarabağa gətirilə bilər.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Sayınqala bölgəsində Azərbaycan türkcəsində yazılmış lövhələr yığışdırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin əlaltıları Güney Azərbaycanın Sayınqala bölgəsində …

Güney Azərbaycan şəhərlərində pensiyaçılar etiraz aksiyaları keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın Şərqi və Qərbi Azərbaycan, Ədəbil, Həmədan …

Bir cavab yazın