Cümə , Aprel 19 2024
azfa

PKK-nın qadın təşkilatlanmasının terrorçubaşı zərərsizlədirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terror təşkilatı PKK-nın qadın təşkilatlanması PJAK-ın dırnaqarası idarəçisi “Delal Nurhak” kod adlı Əsmə Erat və sürücüsü zərərsizləşdirilib.

Əldə edilən məlumata görə, keçən sentyabr ayının ikinci yarısında İraq/Qəndildə Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələri (TSK) tərəfindən birgə əməliyyat keçirilib.

Əməliyyat nəticəsində PKK-nın qadın bölməsinin – PAJK Koordinasiyasının iki nömrəli dırnaqarası idarəçisi  Əsmə Erat və sürücüsü “Zilan Kobani” kod adlı terrorçular zərərsizləşdirilib.

Terrorçu Əsmə Eratın 1965-ci ildə anadan olduğu, PKK-ya 1989-cu ildə Diyarbəkir çölündə qoyulduğu aşkarlanıb.

1993-cü ildə Almaniyadan Suriyaya keçərək terrorçubaşı Abdullah Öcalan tərəfindən siyasi və hərbi təlimə cəlb olunan Əsmə Erat o dövrdə PKK qadın təşkilatlanmasının əsas kadrında yer alıb.

2014-15-ci illərdə PJAK Koordinasiyasından məsul olan qadın terrorçunun 2018-ci ildə PJAK Mahmur-Qəndil Koordinasiyasından məsul olduğu öyrənilib.

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Bir cavab yazın