Pompeo ABŞ-ın İran adlanan ölkədən nə istədiyini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın İran adlanan ölkəyə münasibətdə siyasəti bu ölkədəki hakim rejimin dəyişdirilməsinə hesablanmayıb. Bunu “Amerikanın səsi”nə müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, ABŞ-ın son sanksiyaları İran liderlərinin xalqının səsini dinləməsi və regionda destruktiv fəaliyyətini dayandırması üçün davranışını dəyişdirməsinə hesablanıb:

“Söhbət rejim dəyişikliyindən yox, İran rəhbərliyinin davranışını dəyişməsindən gedir. Biz İran hakimiyyətindən çox şey istəmirik, sadəcə, onun özünü normal hökumətlər kimi aparmasını, xalqını talamamasını, xalqının pullarını Suriya və Yəməndəki avantüralara xərcləməməsini istəyirik. Əgər İran normal dövlət olsa, bu, İran xalqına uğur gətirər”.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın