Professor Qulamrza Səbri Təbrizi vəfat etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı şairi, ədəbiyyatşünas və tərcüməçisi, fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Qulamrza Səbri Təbrizi Bakıda vəfat edib.

Qulamrza Səbri Təbrizi 1934-cü il martın 21-də Güney Azərbaycanın Təbriz şəhərinin Şəkili məhəlləsində anadan olub. O,1953-58-ci illərdə Təbriz Universitetinin fars, ingilis dili və pedaqogika fakültəsində təhsilini davam etdirib. Qulamrza Səbri Təbrizi tələbəlik illərində orta məktəblərdə müəllim kimi fəaliyyət göstərməklə yanaşı, 1956-1958-ci illərdə Amerikanın İrandakı hərbi idarəsində tərcüməçi olaraq çalışıb. 1959-63 -cü illərdə isə London Universitetinin Kinqs kollecində magistr təhsili alıb.

Qulamrza Səbri Təbrizi 1960-1963-cü illərdə London BBC radiostansiyasında Şərq və Orta Asiya üzrə ədəbi və siyasi icmalçı, həm də “Nəzər saatı”nın aparıcısı kimi fəaliyyət göstərib. Təbrizi 1963-1969-cı illərdə Edinburq Universitetinin İngilis dili və Ədəbiyyatı Departamentinə doktoranturaya daxil olmuş, “Vilyam Bleykin dialektik fikirləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi alıbO, İran İslam İnqilabı dövründə Təbrizdə elmi-pedaqoji və siyasi fəaliyyətini davam etdirib.

Qulamrza Səbri Təbrizi burada din xadimlərinin təqibinə məruz qaldığı üçün Böyük Britaniyaya qayıdıb və 1978-1995-ci illərdə televiziya şirkətlərində icmalçı olub.

Təbrizi 1989-1990-cı illərdə Məhəmmad Mahmudla türk və fars dillərində “Odlar ölkəsi” adlı aylıq qəzet nəşr etdirib. O, həmçinin 1995-ci ildə Edinburq Universitetində akademik məsləhətçi olub.

1997-2003-cü illərdə Azərbaycanın ali məktəblərində XIX-XX əsrlər ingilis ədəbiyyatı, Şekspir və Bleykin yaradıcılığı mövzusunda mühazirələr oxuyub.

Təbrizi 2001-ci  ildə Dünya Azərbaycanlıları Konqresinin İsveçin Malmo şəhərində keçirilən V qurultayının iştirakçısıdır. Həmin il Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultayında məruzə ilə çıxış edib, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədr müavini seçilib.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın