Çərşənbə axşamı , Fevral 19 2019
azfa

Qərb Rusiyadan raket proqramını dayandırmağı tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, NATO üzvü olan 29 ölkənin XİN rəhbərlərinin birgə bəyanatında bildirilib ki, Rusiyanı yenidən Yaxın və Orta Mənzilli raketlərin məhvi anlaşmasına əməl etməyə çağırırıq.

Bəyanatda Rusiyanın yeni raket sistemi ilə bu müqaviləni pozduğu və avroatlantik bölgəyə təhlükə yaratdığı qeyd edilib:

“Bu müqaviləni qorumaq artıq Rusiyanın üzərinə düşür”.

Həmçinin ABŞ Rusiyaya INF anlaşmasının (orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilə) şərtlərinin yerinə yetirilməsi üçün 60 gün vaxt verib. Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo məlumat verib.

O qeyd edib ki, Rusiya silahların ləğvilə bağlı məsuliyyət məsələsində hiylə işlədir və yeni raketlər Avropanı təhdid edir.

Xatırladaq ki, daha əvvəl “New York Times” qəzeti bildirimişdi ki, ABŞ orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxmağı planlaşdırır və prezidenti milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bu barədə Rusiya tərəfinə Moskvaya səfəri zamanı məlumat verəcək.

Qeyd edək ki, orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilə 1987-ci ilin 8 dekabrında Mixail Qorbaçovun Vaşinqtona səfəri zamanı imzalanıb.

 

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Murtəza Sənai 200 milyon riallıq vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin yaxalayaraq, Ərdəbildə yerləşən …

Səudiyyə Ərəbistanı irqçi fars rejimin bu ölkəni ittiham etməsinə sərt cavab verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Səudiyyə Ərəbistanı irqçi fars rejimin bu ölkəni ittiham …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir