Çərşənbə , Aprel 24 2024
azfa

Qaqauzlar və onların etnoqrafiyası

GADTB: Bu gün “səyahətimiz“ Avropayadır. Avropa desək də, bu elə bizim öz soydaşlarımız qaqauzların etnoqrafiyasına edəcəyimiz bir səyahətdir. Gəlin,qaqauzların kimliyi, tarixi, dili, məişəti ilə yaxından tanış olaq.

Qaqauzlar Avropanın cənub-şərqində yerləşən Moldova dövlətinin ərazisində yaşayan türk toplumudur. Onlar hətta bu ölkədə Qaqauziya adlı muxtar respublika da yaratmışlar. İnzibati mərkəzləri və ən böyük şəhərləri isə Komratdır.

Tarixi ədəbiyyatlarda qədim bulqarların (onların bir qolu olan kutriqurların) davamçıları hesab edilən qaqauzlar XI əsrdə Balkanlara köç etmişlərdir.

Niyə “qaqauz“ adlanırlar?

Bu barədə bir neçə versiya vardır. Onlardan biri “xak oğuz“, “hak oğuz“ (əsl oğuz) versiyasıdır. Bir qisim alim “qaqa uz“ (uzun dimdik) şəklində açıqlasa da, əksəriyyət onları “göy oğuz“ kimi tanıtmaqdadır. Maraqlı versiyalardan biri isə Səlcuq sultanının adı ilə əlaqədardır. “Qaqauz adının Səlcuq sultanı ilə nə əlaqəsi?“deyə soruşa bilərsiniz. Məsələ burasındadır ki, onlar Səlcuq sultanı II Keykavusla birlikdə Dobruca bölgəsinə gəlmişlər və məhz bu səbəbdən də özlərinə bu adı götürdükləri deyilməkdədir.

Dilləri bizim dilimizə çox yaxındır. Onlar da bizim kimi Altay dil ailəsinin Türk dilləri qolunun oğuz qrupuna daxildirlər. Bu səbəbdən də onları çox rahat başa düşə bilirik.

Lakin, dinləri əksər türk xalqlarından fərqli olaraq xristianlıqdır. Onların əksəriyyəti pravoslav, az bir qismi isə protestantdır.

Avropada yaşamaqlarına rəğmən, özlərinin 33 məktəbi, Komrat Pedqoji Kolleci və Komrat Dövlət Universiteti vardır.

Etnoqrafiyası olduqca zəngin olan qaqauzların əsas məşğuliyyəti kənd təsərrüfatının müxtəlif sahələridir. Üzümçülüyün inkişaf etdiyi Qaqauziyada əsas ixracat şərab, alkoqolsuz içki, günəbaxan yağı, yun və dəri məmulatlarıdır.

İndi isə etnoqrafiyada mənim ən sevdiyim sahə  – geyimlərlə bağlı danışaq. Geyimləri kostyum şəklindədir. Geyimləri üçün “ruba“ terminindən istifadə edirlər. Onların da geyimləri gündəlik və bayramlıq olaraq iki hissəyə bölünməkdədir. Qadın köynəkləri “gölmək“ adlanır və “bezi“ adı verilən incə qumaşdan tikilir. Köynəyin yaxasına “örtməcik“ adlı oyuq əlavə edilir. Günlük həyatda kətandan, bayram və mərasimlərdə isə ipəkdən tikilən paltarlardan istifadə edirlər. Qadın geyimlərində ən önəmli detallardan biri köynəyin üstündən geyilən “fistan“ adlı qolsuz əlbisədir. Fistan tək rəngli bordo, mavi, yaşıl, narıncı yun qumaşdan tikilir. Ətəkləri isə “aborka“ adlı bəzəklərlə işlənir. Onların geyimlərinə nəzər saldıqda önlükləri görürük. “Fita“ və ya “firta“ adlanan önlük tünd rəngli qumaşdan hazırlanır.

Qadın geyimlərinin vazkeçilməzi olan aksesuarlar qaqauzlar tərəfindən “gözəlliklər“ adlandırılır. Kiçik qızıl pulları “mahmuda“, böyükləri isə “left“ kimi tanıtmışlar. Ən mühüm bəzək əşyalarından biri də “tokalı kəmər“ dedikləri bəzək əşyasıdır.

Ayaq geyimləri olaraq “çarıq“ və “emeni“dən istifadə edirlər. İstifadə edilən ayaqqabılar xanımın hansı sosial qrupa aid olduğundan xəbər verməkdədir.

Qış aylarında qoyun dərisindən hazırlanan yarım kürkdən istifadə edirdilər.

Baş örtüyü olaraq “kasinka“, “mamuka“ və “şal“dan yararlanmaqdadırlar.

Qadın geyimləri kimi kişi geyimləri də mühüm yer tutmaqdadır. Pambıq və ya kətandan tikilmiş köynək, “flana“ adlı üst köynək ən önəmli geyim detallarından biridir. Flananın yaxa və sinə hissəsi işləməli olaan bir növü “camadan“ adlanır. Milli kişi geyimlərində şalvar (don) çuxadan,yun qumaşdan tikilir. Qaqauz kişisi yundan toxunan və əsasən qırmızı rəngdə olan“kuşak“dan istifadə etməkdədir. Ən qədim zamanlardan istifadə edilən “antire“ və ya “əba“ bu gün də istifadə edilməkdədir. Yarım kürk, qolsuz kürk qış ayları üçün əvəzolunmazdır. Bundan başqa “qalpaq“ adlanan baş örtüyünü qışda, “paraliya“ adlı baş örtüyünü isə yayda istifadə edirlər. Ayaqqabıları isə əsasən donuz dərisindən toxunan çarıqdır.

Etnoqrafiyanın önəmli hissəsini yemək mədəniyyəti tutmaqdadır. “Konuşka“ adlandırdıqları yemək süfrəsində “mamaliqa“, “zama“ şorbası, ətli yeməklər, süd məhsulları sərgilənməkdədir. Yemək süfrələrində qırmızı şəraba da çox yer verilir.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın