Şənbə , Aprel 20 2024
azfa

Qarabağın azad edilməsinə dəstək məqsədilə Təbrizdə bəzi mağazalar tətilə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağaın erməni işğalından azad edilməsinə mənəvi dəstək məqsədilə Güney Azərbaycanın Təbriz şəhərinin bazarında bəzi mağazalar tətilə başlayıb.

Təbrizin örtülü bazarı və başqa bazarlarında ticarət obyektləri Azərbaycan Ordusunun Qarabağda Ermənistan işğalçılarına qarşı apardığı hərbi əməliyyatına mənəvi dəstək məqsədilə tətillərə başlayıb.

Bu məqsədlə mağazaların üzərində “Biz Azərbaycan tərəfdarı deyilik, biz Azərbaycanın özüyük. Əziz dostlar Qarabağdan himayə üçün dükan 3 gün bağlı olacaq. Qarabağ bizimdir” sözləri yazılıb.

Qeyd edək ki, oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində on minlərlə insanın iştirakı ilə Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Aksiyalarda 100-dən çox azərbaycanlı fəal həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb. İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Bir cavab yazın