Qaradağ meşələrində yanğın yenidən güclənib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qaradağ bölgəsinin meşələrində yanğın genişlənib.

Şərqi Azərbaycanda Böhranın İdarə Edilməsi İdarəsinin rəisi Məhəmmədbağır Hünərbər bildirib ki, Qaradağ meşələrində yanğın yenidən davam edib.

Yanğının güclü olması üzündən yanğın söndürən helikopter Təbrizdə yanacaq dolduraraq Qaradağ meşlərinə söndürməyə yola düşüb.

O həmçinin bildirib ki, “Qaradağ meşələrində yanğın yenidən yayıldığına görə, Xudafərinin Qaratikanlı bölgəsində yanğın əvvəlkindən daha kəskin başlanıb. Günorta baş verən yanğın söndürülməklə əməliyyatın dayandırılması göstərişi verilmişdi. Lakin yenidən Xudafərinin Qaratikanlı bölgəsində 3 yerdə yanğın daha kəskin başlayıb”.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın