Şənbə , Aprel 20 2024
azfa

Qaradağ və Kəleybəri yenidən yanğın bürüdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaradağ və Kəleybərin meşələrində yanğın baş verib.

Qaradağın bəzi ərazilərində, həmçinin Kəleybərin yaxınlığında Peyqan otlaqlarında baş verən yanğında hektarlarla ərazi yanaraq məhv olub.

Dünən bir neçə gün öncədən yanan meşəliklərin söndürülməsindən sonra yanğın avqustun 24-ü Kəleybər şəhəri yaxınlığında yerləşən Yuxarı Peyqan kəndi otlaqlarında və digər ərazilərdə baş verib.

Otlaqlarda baş verən yanğın meşəliklərə çatmamış yanğınsöndürənlər və yerli əhali tərəfindən söndürülüb.

Qeyd edək ki, Qaradağ meşələrində 1 həftədir yanğınlar müvəqqəti olaraq söndürülsə də, bəzi bölgələrdə yenidən alovlanıb. Bu yanğınlar nəticəsində yüzlərlə hektar meşəlik ərazi yanaraq məhv olub. İrqçi fars rejim isə yanğını söndürmək üçün lazımi texnikanı qəsdən gecikdirib və meşə zolağı yanıb qurtarandan sonra göndərib .

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın