Cümə , Aprel 19 2024
azfa

Qaşqay türkləri bəyanat yaymaqla Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türklərinin milli-mədəni, siyasi və ictimai fəalları oktyabrın 1-də birgə bəyanat yayaraq, Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləməklə yanaşı, Qarabağı və işğal altında olan digər rayonları Ermənistan işğalından azad etmək üçün hərbi əməliyyatlara başlayan Azərbaycan Ordusuna dəstək veriblər.

Qaşqayların bəyanatında yazılıb: “Biz Qaşqaylar nə qədər ki sağıq, elimizin başçısı Xosrov Xan Qaşqayi azadlıq, izzət və şərəfin müdafiəçisi olduğu kimi, biz də hər zaman Qarabağın məzlum əhalisinin müdafiəsi uğrunda canımızdan və malımızdan keçməyə hazırıq.

Bildiririk ki, Qarabağın Ermənistan tərəfindən işğal edildiyi o çətin günlərdə onlarla könüllü qaşqayi öz azərbaycanlı türk qardaşlarına yardım etmək üçün canlarını Qarabağa fəda etdikləri kimi, biz də Azərbaycan torpağının işğaldan azad olunması uğrunda camızdan keçməyə, bu yolda canfəşanlıq etməyə hazırıq”.

Qeyd edək ki, Qaşqay türkləri Güney Azərbaycanın cənub hissəsindən körfəzə qədər böyük bir ərazidə yaşaırlar.

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Bir cavab yazın