Qazaxıstan türk ölkələri arasında iqtisadi əməkdaşlığı gücləndirməyi təklif etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,Türkdilli ölkələr iqtisadi əməkdaşlığı daha da fəallaşdırmalıdır.

Bu sözləri Qazaxıstanın Baş naziri Askar Mamin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevlə görüşündə deyib.

Qazaxıstanın Baş naziri türkdilli ölkələrin iqtisadi əməkdaşlığına dair gündəliyin yaradılması ilə bağlı işləri fəallaşdırmağı lazım bildiyini söyləyib. Görüşdə türkdilli ölkələrin iqtisadi, investisiya, nəqliyyat, logistika sahələrində iş birliyinin, eyni zamanda, müştərək firmaların yaradılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin rəqabət gücünün və ixrac potensialının artırılması məsələləri müzakirə olunub.

Qazaxıstanın Baş naziri Şuraya üzv ölkələr arasında avtomobil istehsalı, turizm, kənd təsərrüfatı, yüngül sənaye və digər sahələrdə əməkdaşlıq potensialının olduğunu vurğulayıb

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın