Qazaxıstanda Xəzər sahili ölkələrin iclası keçirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstanın paytaxtında Xəzər dənizi məsələləri üzrə ali səviyyəli işçi qrupunun ikinci iclası start götürüb. Bu məlumatı Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, iclas çərçivəsində Xəzər dənizinin birbaşa istinad xətlərinin tərtib edilməsi metodikası haqqında müqavilə layihəsinin razılaşma prosesinin davam etdirilməsi planlaşdırılıb.

Qeyd edək ki, iclasda Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistanın nümayəndələri iştirak edir.

Bundan öncə işçi qrupunun ilk iclası fevralın 19-da Bakıda baş tutub.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın