Şənbə , Aprel 20 2024
azfa

Qazaxıstanda Xəzərdən keçən nəqliyyat xəttinə böyük önəm verir

Qazaxıstan Milli Sahibkarlar Palatasında (“Atamekan” MSP) və Qazaxıstan Nəqliyyatçılar İttifaqında belə hesab edirlər ki, xüsusən Çin mallarının nəql olunmasının və Qazaxıstan mallarının Azərbaycan, Gürcüstan vasitəsilə Türkiyəyə və daha sonra Avropaya çatdırılmasına şərait yaradan Bakı-Tbilisi-Qars beynəlxalq dəmir yolu dəhlizinin açılışdan sonra Transxəzər beynəlxalq nəqliyyat marşrutunun imkanlarından istifadə olunması üçün böyük perspektivlər yaranıb.

Bu barədə Qazaxıstanın “Atamekan” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin üzvü Murat Abenov açıqlama verib. O deyib: “Bizim sahibkarlar üçün logistika marşrutlarının şaxələndirilməsi prosesi gedir və onların istehsal etdikləri malların ixracı məsələlərində böyük imkanlar yaranır. Qazaxıstan biznesi malların daşınmasının maya dəyərinin və yolda olma müddətinin azaldılması hesabına özünün rəqabətqabiliyyətliliyini artırır, çünki bu halda malların dəniz yolu ilə – Qara dənizin Gürcüstan limanlarından Türkiyə limanlarına daşınması istisna edilir. Layihədə Xəzər dənizinin Aktau və Kurık limanlarından istifadə edilməsi də Qazaxıstan üçün müsbət məqamdır”.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın