Cümə , Aprel 19 2024
azfa

Qazıntı zamanı qədim Təbrizin bir hissəsi aşkarlanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın paytaxtı Təbrizin köhnə məhəllələrinin birində həyata keçirilən layihə çərçivəsində aparılan qazıntı əsnasında qədim şəhərin bir hissəsi aşkarlanıb.

Təbrizin Valman küçəsində aparılan qazıntılar zamanı fəhlələr və mühəndislərin diqqətini tarixi Təbriz şəhərinə aid qədim tikililər cəlb edib.

1194-cü ildə baş verən zəlzələ nəticəsində Təbriz şəhəri çox ziyan görüb və şəhərin yeni binaları köhnə Təbrizin üstündə tikilib.

Vilayətin mədəni irs idarəsinin baş direktoru həmin qazıntının aparıldığı əraziyə gəlib, yerin altından çıxan qədim memarlıq abidələrini nəzərdən keçirib və şəhər layihəsinin dayandırılmasına əmr verib. Qazıntı işləri iyulun 4-də dayandırılıb.

Bələdiyyə və şəhər şurası bu günə qədər mətbuata açıqlama verməkdən imtina ediblər.

İSNA‌ xəbər agentliyinə danışan tarixçi və Təbriz tarixi üzrə tədqiqatçı Kərim Meymənətnejad deyib ki, tapılan binalar şübhəsiz qədim Təbriz şəhərinin bir parçasıdır, ancaq tapıntıların tam mahiyyəti hələ müəyyənləşdirilməyib.

Tarixçi güman edir ki, tapılan binalar kəhriz və yaxud minarə ola bilər.

May ayında Təbrizin 1,000-dən çox yaşı olan bazarının yanması şəhərin memarlıq irsinə ağır zərbə vurmuşdu.

May ayında Təbrizin 1,000-dən çox yaşı olan bazarının yanması şəhərin memarlıq irsinə ağır zərbə vurmuşdu.

“1815-ci ildə baş verən zəlzələ nəticəsində Təbriz şəhəri çox ziyan görüb və şəhərin yeni binaları köhnə Təbrizin üstündə tikilib,” Meymənətnejad deyib.

O, hesab edir ki, Təbrizdə hər hansı şəhər qazıntıları əsnasında köhnə Təbrizə aid tarixi binaların tapılması mümkündür.

“20 il əvvəl bir alt keçid layihəsi zamanında oxşar memarlıq abidələri tapılmışdı, ancaq təəssüf ki, laqeydlik nəticəsində pozuldu,” o bildirib.

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın