Qoşaçayda Ədliyyə Rəisi: insanlar öz dillərində təhsil almaq hüququna malik olmalıdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qoşamay şəhərinin Ədliyyə rəisi Adil Gülhüseyni Azərbaycan türklərinin öz dillərində təhsil alma haqqına etiraf edərək deyib ki, insanlar istədikləri dildə danışmaq hüququna malikdirlər və yerli dillərdə təhsil almaq da qanunidir.

Adil Gülhüseyni deyib: “Mülki hüquqlarda azadlıq, ifadə azadlığı, din azadlığı, qanun qarşısında bərabərlik, cinsiyyət, dil və digər ayrı-seçkiliyin qadağa edilməsi cəmiyyətin bütün üzvləri tərəfindən rəsmiyyətə tanınmışdır. Şəxslərin istədikləri dildə danışmaq və yazmaq hüququ var. Yerli dillərin ölkədəki universitet və məktəblərdə tədris oluna biləcəyi də vurğulanır. Bugünkü türk, kürd və ərəbdilli insanların tələblərindən biri də budur. Qanun da bunu təsdiqləyir. Bəzi insanlar və orqanlar elə düşünürlər ki, millətin bir tələbini yerinə yetirirsək, başqa tələblərini də yerinə yetirmək məcburiyətində qalacaqlar. Bu cür düşüncələr yanlışdır. Bu, millətin haqlı olduğu istəkləri görməzdən gəlməkdir. Vətəndaş hüquqları ilə yanaşı, insanların siyasi hüquqları da var. Bunun cinsiyyətlə heç bir əlaqəsi yoxdur.Hər kəsin səs vermək, məsuliyyət götürmək hüququ var və sərbəst toplaşmaq azadlığı vətəndaşların siyasi hüquqlarından biridir”.

Qeyd edək ki, irqçi fars rejim Azərbaycan türk millətini ən ibtidai hüququ olan öz dilində təhsil almaq haqqından məhrum edib.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın