Cümə axşamı , Mart 28 2024
azfa

Qriqoryan İran rejimi Ərdəbildə Qarabağa azadlıq istəyən azərbaycanlı fəallara divan tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 29-da Ərdəbil şəhərində keçirilən Qarabağa dəstək mitinqi Qriqoryan İran Respublikasının polis və təhlükəsizlik qüvvələri tərəfindən sərt şəkildə dağıdılıb. İzdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəkdən istifadə edildiyi bildirilir.

Ərdəbilin Ciral parkında təşkil olunan dinc mitinqdə 20 nəfərdən artıq azərbaycanlının nəzarət altına alındığını, bir çox iştirakçının da yaralandığını bildirib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi saxlanılanlardan 11 nəfərin adını yayımlayıb. Tutulan mitinq iştirakçıları Əsgər Əkbərzadə, Muctaba Pərvin, Murtaza Pərvin, Mustafa Pərvin, Mehdi Huşmənd, Məhəmməd Colani, Pərviz Siyabi, Səccad Colani, Bəhmən Xeyrcu, Hüseyn Balaxani və Hamid Heydərinin hazırda harada saxlanıldığına dair məlumat yoxdur.

Saxlanılanların içində də yaralıların olduğu bildirilir. HRA agentliyi türk fəal Əsgər Əkbərzadənin qulaq və gözündən, Hüseyn Balaxani və Pərviz Siyabinin əllərindən, Səccad Colaninin isə burnundan xəsarət aldığını qeyd edib.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın