Cümə axşamı , Aprel 18 2024
azfa

Quzey Azərbaycan irqçi fars rejimin qazından imtina etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan irqçi fars rejimi vasitəsilə gələn qaz idxalını dayandırıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “BBC News Azərbaycan”a bildirib ki, qaz alışının ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarla əlaqəsi yoxdur. Bazar ertəsindən qüvvəyə minən sanksiyalara İran iqtisadiyyatının əsasını təşkil edən neft ixracı, ölkənin bankları və bir çox şirkəti məruz qalır.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, artıq Azərbaycanın qaz hasilatı artdığına görə, gələn ildən etibarən xaricdən qaz idxalına ehtiyac olmayacaq.

O bildirib ki, əvvəllər Türkmənistandan gələn və İran vasitəsilə ölkəyə daxil olan bu qazı həm ölkənin cənub bölgələrinin qazla təminatı, həm də kommersiya məqsədi üçün istifadə edirdilər. SOCAR rəsmisi qaz alışının hansı gündən dayandırılması barədə məlumat verməyib.

İbrahim Əhmədov qeyd edir ki, alınan qaz anbarlara yığıldığından ehtiyat var:

“Adətən, qaz qış aylarında lazım olur. Biz də yayda aldığımız qazı anbarlara yığırıq, qışda satırıq, ehtiyaclara yönəldirik. Daha gələn yay xaricdən qaz almayacağıq”.

Ölkənin cənub bölgəsinin qaz təminatının əvvəlki idxal hesabına həyata keçirildiyini deyən İbrahim Əhmədov bildirib ki, hazırda anbarlarda üç milyard kubmetr qaz tədarük olunub ki, bu da əvvəlki illərlə müqayisədə çoxdur:

“Bu qış üçün Azərbaycanın kifayət qədər qazı var. Əlimizdə olan qaz ehtiyatı həm özümüzün, həm də qaz ixrac etdiyimiz ölkələrin ehtiyacını tam təmin edəcək. 2019-cu il üçün də düşünürük ki, daha Azərbaycanın idxala ehtiyacı olmayacaq”. Qeyd edək ki, 2016-cı ilin oktyabrında Azərbaycan, İran və Türkmənistan Azərbaycanın İrandan “swap” əməliyyatı çərçivəsində Türkmənistan qazını alacağı barədə razılığa gəlmişdilər. Azərbaycanda xüsusən də qış aylarında qaz təminatında problemlər olub.

Maraqlıdır, SOCAR-ın İran qazından imtina etməsi yeni problemlər yaratmayacaq ki? İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan İrandan qaz hasilatını bir neçə il əvvəl dayandıra bilərdi:

“Hesab edirəm ki, qaz təminatında kommunikasiya ilə bağlı problemlər var. Cənub zonasında qaz təminatının yaxşılaşdırılması məqsədi ilə müəyyən işlər görülüb. Yəqin ki, bu ərazinin qaz təminatında müəyyən problemlər yaranacaqdı. Birinci, bu, ölkənin qaz asılılığının azaldılması istiqamətində atılan addım kimi təqdirəlayiqdir. İkinci, bu məsələ gec-tez həll olunmalı idi. Qaz təminatında problem yaranarsa, hökumət bunu aradan qaldırmağa çalışacaq. Doğrudur, demək olmaz ki, Azərbaycan İran vasitəsilə gələn qaz idxalının dayandırılmasını problemsiz aradan qaldıracaq. Hesab edirəm ki, burada İrana tətbiq edilən sanksiyaların müəyyən rolu var. Yəni, Azərbaycan İranda qaz təminatını bir neçə il əvvəl də dayandıra bilərdi. Yəqin ki, İrana tətbiq olunan sanksiyalarla bağlı Avropada, Amerikada müəyyən mövqe  var. Amma məsələ burasındadır ki, Azərbaycanın İrandan aldığı qaz ABŞ-ın illik normasını aşmır. Məlumdur ki, sanksiyanın tətbiq olunması üçün müəyyən hədd var. Dəyəri 20 milyon dollardan yuxarı olan layihələrin icrasına sanksiya qoyulur”.

Ekspertin qənaətincə, İrandan idxal olunan qaz təminatının dayandırılmasının müsbət və mənfi tərəfləri var:

“Hər halda bu, Amerikanın təklifi olsa da, Azərbaycan hökumətinin öz təşəbbüsü olsa da, yaxud iqtisadi imkanlar buna indi yol açsa da, hesab edirəm ki, bu, müsbət addımdır. Ölkənin idxaldan asılılığının azaldılması bu gün Azərbaycan üçün bir zərurətdir. Əhalinin bu işdə müəyyən zərər çəkəcəyi qaçılmazdır. Çünki qaz təzyiqinin təmin edilməsi, müəyyən ərazilərdə rekonstruksiya işlərinin aparılması və.s məsələlər qısa müddətdə öz həllini tapa bilməyəcək. Görünür ki, bu, plansız işdir. Yəni il ərzində proqramla planlaşdırlmayıb. Qaz təminatının dayandırılması qış dövrünə təsadüf etdiyi üçün əhalinin müəyyən hissəsi, xüsusən də kəndlərdə qazın zəifləməsi, kəsilməsi kimi hallar olacaq”.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın