Şənbə , Aprel 20 2024
azfa

Quzey Azərbaycanın Cəlilabad bölgəsində 2000 il öncəyə aid türk silahı tapıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Quzey Azərbaycanın Cəlilabad rayonunda məktəbli 2000 il əvvələ yəni eramızın ilk əsrlərinə aid tarixi əşya tapıb.

Tarixi əşyanı Şatırlı kənd məktəbinin 5-ci sinif şagirdi Gülnar Məlikova təsərrüfat işləri görən zaman tapıb. Tapıntı dəmirdən hazırlanmış döyüş baltasıdır və uzunluğu 18 sm-dir.

Yerli tarixçi Elşad Əmənovun bildirdiyinə görə, ilk dəfədir ki, bu ərazilərdə döyüş baltası tapılır. O deyib ki, kustar üsulla hazırlanmış balta eramızın ilk əsrlərinə aiddir. Həmçinin o bildirib ki, bu tapıntı türk döyüş silahları içərisində xüsusi yeri olan silah növüdür.

Qeyd edək ki, tapıntı Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın