Şənbə , Aprel 20 2024
azfa

Rəştdə irqçi fars rejimin polisi Traxtur tərəfdarlarına hücum edərək, bəzi fəalları yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən cümə günü Rəştin “Sərdare cəngəl” stadionunda “Sepid rud” klubu ilə Güney Azərbaycanın “Traxtur” komandası arasında keçirilən yarış zamanı irqçi fars rejimin polisi Traxtur tərəfdarlarına hücum edib və bir sıra azərbaycanl fəalları, o cümlədən Meşgin şəhərindən olan azərbaycanlı fəal Əli Əhmədzadəni yaxalayıblar yaxaladı.

Rejimin polis əməkdaşları stadiona türkcə şüarlar yazılmış parça aparmaq istəyən “Traxtur” tərəfdarlarını stadiona buraxmayıb. Bundan sonra israrla oyunu izləmək istədiklərini bildirən azərbaycanlı gənclərə rejimin polis qüvvələri hücum edib. Azərbaycanlı fəallardan bir neçəsi döyülüb, Əli Əhmədzadə isə polis tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın