Çərşənbə , Aprel 24 2024
azfa

Rəştdə rejimin həbs etdiyi azərbaycanlı fəal Yaşar Nikru azadlığa buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin ETTELAAT məmurlarının Rəşt şəhərində həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Yaşar Nikru sərbəst buraxılıb.

2019-cu il mayın 26-da yaxalanaraq naməlum istiqamətə aparılan azərbaycanlı fəalın iyun ayının 11-də sərbəst buraxıldığı bildirilir. Həbs müddətində fəalın vəziyyəti və harada saxlandığı barədə heç bir məlumat yox idi.

Qeyd edək ki, azərbaycanlı fəal rejimin ETTELAAT İdarəsinin məmurları tərəfindən ardıcıl təhdid ediləndən sonra həbs edilmişdir.

Yaşar Nikru Türkmənsəhra bölgəsində sel fəlakəti zamanı digər azərbaycanlı milli fəallarla birlikdə təbii fəlakət bölgəsinə gedib və yardım prosesində fəal iştirak edib.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın