Rəsul Xətibi Güney Azərbaycanın Maşınsazi komandasından ayrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin Maşınsazi futbol komandasının azərbaycanlı baş məşqçisi Rəsul Xətibi komandadan ayrılmaq məcburiyyətində qalıb.

Baş məqşçi çərşənbə axşamı günü İnstaqram səhifəsində bu barədə yazıb:

“Böyük işlər görməyə çalışırdım. Təəssüflər olsun ki, imkan vermədilər. Ən yaxşı tərəfdarlar, Xudahafiz. Sizə uğurlar!”

Son vaxtlar Rəsul Xətibi ilə “Maşınsazi” klubunun sahibi Məhəmmədrza Zenuzinin münasibətinin yaxşı olmadığı, baş məşqçinin komandadan ayrılmasının da bu problemlə bağlı olması ehtimal edilir.

Eyni zamanda irqçi fars rejim Güney Azərbaycan komandalarının dirçəlməsini istəmədiyi üçün də çoxlu maneələr törədir.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın