Şənbə , Mart 23 2019
azfa

Regionda türkləri soyqırıma məruz qoyan aysorlar Fransadan onlara qarşı qondarma soyqırımı tanımağa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransa prezidenti Emanuel Makronun 24 aprel tarixini qondarma erməni soyqırımı kimi tanıyacağını elan etməsindən sonra bu ölkədə yaşayan süryanilər (aysorlar) də hərəkətə keçib.

Fransa Süryanilər Birliyi Makrona müraciət edərək 24 aprel tarixini onların soyqırımı kimi də tanınmasını xahiş edib.

Süryanilərə məxsus təşkilatın müraciətində iddia edilib ki, 1915-1918-ci illərdə Osmanlı İmperiyası arasında xristian dininə mənsub olan digər xalqlara qarşı da qırğınlar törədilib və buna görə də 24 aprel tarixi onların soyqırımı günü kimi də tanınmalıdır.

Müraciətdə həmçinin iddia edilib ki, Anadolu ərazisində və ətraf coğrafiyada keçən əsrin əvvəllərində 250-350 min arası süryani məhv edilib.

Qeyd edək ki, hazırda Fransada 20 minə yaxın süryani əsilli şəxs yaşayır.

Aysorlar ermənilərlə birləşib və təkcə Güney Azərbaycanın qərb bölgəsində 200 min Azərbaycan türkünü soyqırıma məruz qoyular. Şərqi Anadoluda isə yüz minlərlə türk onlar tərəfindən soyqırıma məruz qalıb.

 

Həmçinin yoxlayın

Azərbaycanlı şair və fəal Hәbib Sasanian türkmənlərə yardıma çağırış etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney azәrbaycanlı tanınmış şair vә milli-mәdәni fәal Hәbib …

ABŞ İran adlanan ölkələrin nüvə proqramı ilə bağlı bir çox şəxsə sanksiya tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ İran adlanan ölkələrin nüvə proqramı ilə bağlı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir