Rejim Əmaninin vəfatının 11-ci ildönümü mərasimində yaxaladığı fəalları vəsiqə qarşılığında zaminə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejim mühəndis Qulamrza Əmaninin vəfatının 11-ci ildönümü mərasimi ilə əlaqədar yaxaladığı azərbaycanlı milli-mədəni fəallardan 6 nəfərini mülki vəsiqə qarşılığında zaminə buraxıb.

Rejim azərbaycanlı fəallararı heç bir günahı olmadan onları şərləyərək “Ümumi nizam-intizamı pozmaq ittiham edib. Fəallar Cəlil Bəyməhəmmədi, Babək Hüseyni Müqəddəm, Hüseyn İsmaili və Yusif Rəzəvi 1 milyard riallıq mülki vəsiqə qarşılığında zaminə buraxılıblar.

Həmçinin işgəncə edilən Şəhruz və Şahrox Bərzgərin də 1 milyard riallıq mülki vəsiqə qarşılığında zaminə buraxılıblar. Rejim onları şərləyərək “müstəntiqi təhqir etmək və saxlanılarkən təhlükəsizlik qüvvələrinə tabe olmamaq” ittihamı irəli sürüb.

Azərbaycanlı fəal Vəhid Əbhərinin isə çərşənbə günü zaminə buraxılacağı gözlənilir. Bazar ərtəsi günü iş vaxtının başa çatdığından mülki vəsiqə girov qoymağa fürsət olmayıb, çərşənbə axşamı isə iş günü olmadığından fəalın oktyabrın 30-dək zaminə buraxılması mümkün olmayıb.

Yaxalanan fəallardan isə birinin kimliyini müəyyən etmək mümkün olmayıb.

Həmçinin yoxlayın

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Bir cavab yazın