Cümə axşamı , Aprel 18 2024
azfa

Rejim Ərdəbildə 5 nəfər azərbaycanlı fəalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim dünən 219-cu il yanvar ayının 23-də Güney Azərbaycanın Ərdəbil şəhərində yerləşən İnqilab Məhkəməsində 5 nəfər azərbaycanlı milli-mədəni fəalı mühakimə edib.

Rejim azərbaycanlı fəallar Rəhim Qulami, Əsgər Əkbərzadə, Əli Vasiqi, Mehdi Huşmənd və Səid Sadiqifəri şərləyərək, “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaq”da ittiham edib. Fəallar bu saxta ittihamlara qarşı özlərini sonuncu dəfə müdafiə ediblər.

Azərbaycanlı fəallar rejimin Polis İdarəsinin qərəzli raportu əsasında irəli sürülən ittihamı rədd edərək, ittiham barədə hakimdən sənəd təqdim olunmasını istəyiblər. Onlar bildirib ki, qrupun yaranma tarixi, adı, nizamnaməsi və üzvlərinin adının açıqlanmaması irəli sürülən ittihamın saxta iddialardan irəli gəldiyini göstərir.

Məhməkənin hakimi fəalları dinlədikdən sonra bildirib ki, mənim üçün əsas məsələ ondan ibarətdir ki, siz irəli sürülən ittihamı qəbul edirsiniz, yoxsa yox?!

Azərbaycanlı fəallar ittihamı kəskin şəkildə rədd ediblər.

Qeyd edək ki, rejimin təhlükəsizlik qüvvələri 2018-ci il iyulun 2-də Babək Qalası Qurultayı ərəfəsində adı çəkilən fəalların ev və iş yerlərinə hücum çəkərək onları yaxalamışdır.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Kərim İsmayılzadə tutularaq zindana salınıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə yaşayan azərbaycanlı milli fəal, …

Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin quru olduğunu göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin …

Bir cavab yazın