Cümə axşamı , Mart 28 2024
azfa

Rejim 3 azərbaycanlı fəalı Sulduzda məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim azərbaycanlı fəallar Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttarini rejimin Sulduz şəhərində yerləşən məhkəməsinə çağırıb.

Bununla bağlı rejimin Sulduz şəhərində yerləşən məhkəməsinin 103-cü şöbəsi 2019-cu il yanvar ayının 9-da adları çəkilən fəallara çağırış vərəqəsi göndərib. Rejimin göndərdiyi çağırış vərəqələrində fəalların yanvar ayının 16-da məhkəməyə müraciət etmələri tələb olunub.

İşğalçı fars rejimin həmin bölgədəki prokuroru tərəfindən şərlənən fəallar “qanunsuz yığıncağa qatılmaq və başqalarını dəvət etmək, həmçinin simvolik xarakter daşıyan xüsusi rənglı şaldan istifadə etməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunublar.

Heç bir günahı olmayan və yalnız Azərbaycan şəhidlərini anmaq istəyən azərbaycanlı fəallar rejimin ETTELAAT İdarəsinin raportu və polis idarəsinin tapışırıqlı hesabatı fəallar yaxalanmış və mühakimə edilirlər. Onlar 2006-cı il Güney Azərbaycanda Milli Qiyam şəhidlərini anmaqğa onlarına məzarına getmişlər.

İrəli sürülən yalan iddialara görə, guya Ulduz xanım Qasimi rejimin məmurlarına güc tətbiq edib.

Qeyd edək ki, fəallar 2018-ci il mayın 25-də Sulduzda 2006-cı il milli qiyam şəhidlərinin məzarı başında yaxalanmışlar.

Fəallar Əmir Səttari, Ulduz Qasimi və Cavad Əhmədi Yekanlı mülki vəsiqə qarşılığında müvəqqəti zaminə buraxılıblar. Cavad Əhmədi Yekanlı mayın 25-də tutulduğu zaman polis idarəsində bir gecə fiziki işgənclər altında saxlanılıb. Ümumiyyətlə azərbaycanlı fəallar dəfələrlə təzyiqlərlə qarşılaşıblar.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın