Cümə , Aprel 19 2024
azfa

Rejim Abbas Lisaninin oğluna aid bağladığı mağazanın müvəqqəti açılması barədə qərar verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Əmakin İdarəsi bağladığı Abbas Lisaninin oğluna aid bağladığı mağazanın müvəqqəti açılması barədə qərar verdi.

Avqustun 28-də tanınmış azərbaycanlı fəal Abbas Lisaninin oğlu Əli Lisaninin qızıl məmulatları təmiri mağazası rejimin Əmakin İdarəsi tərəfindən bağlanmışdı. Lakin Ərdəbil Şəhər Zərgərlər Dərnəyi avqustun 1-də plombun müvəqqəti olaraq 15 günlük açılması barədə qərar qəbul edib.

Bu müddətdə Səlahiyyətli orqanlar Əli Lisaninin mağazası üçün tələb etdiyi lisenziyanın verilib və ya verilməyəcəyi haqda qərar qəbul edəcək.

Əli Lisani 2018-ci il dekabrın 8-də mağazasının bağlanması ilə bağlı Əmakin İdarəsi tərəfindən xəbərdarlıq məktubu almışdır.

Həmin zaman Abbas Lisani bu məsələnin arxasında təhlükəsizlik orqanlarının dayandığını bildirmişdir.

Ondan əvvəl isə Abbas Lisaninin kürəkəni Musa Qasimi oxşar problemlə qarşılaşıb. Təhlükəsizlik orqanları Məhəmmədbaqir Universitetində podratçı kimi çalışan Musa Qasimini özlərinə məxsus üsullarla projedən uzaqlaşdırmışdır.

Musa Qasimi yaranan problemlə bağlı universitet məsullarına müraciət edincə, ona “biz bölücülərlə birlikdə işləmirik” deyə cavab verilmişdir.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın