Rejim ana dili mərasiminə görə yaxaladığı azərbaycanlı fəalları apellyasiya məhkəməsində mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ana Dili Günü mərasimilə bağlı yaxaladığı fəalların Tehranda Apellyasiya Məhkəməsinin 54-cü şöbəsində apellyasiya şikayətinə baxılıb.

Tanınmış azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlının məhkəmə iclası dekabrın 23-də saat 10:00-da keçirilib.

Azərbaycanlı fəallar və onların vəkili irəli sürülən bütün saxta ittihamları rədd edərək məhkəmə prosesinin qanuna uyğun həyata keçirilmədiyini bildiriblər.

Azərbaycanlı fəallar deyiblər ki, məhkəmənin verdiyi qərar İranın qeyri-fars millətləri, o cümlədən Azərbaycan millətinin ana dilinə olan münasibətini göstərəcək və bu qərar tarixdə qalacaq.

Rejim azərbaycanlı fəalları şərləyərək onları ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə cəmiyyət yaratmaqda günahlandırılıb. Qeyd edək ki, həmin 4 azərbaycanlı fəal 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilib .

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın