Rejim ana dilinə görə iki azərbaycanlı fəalı 12.5 həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Tehrandakı Apellyasiya Məhkəməsi Beynəlxalq Ana Dili Günüdə yaxalanan Azərbaycan Milli Hərəkatının fəalları Tohid Əmir Əmini və Kiyanuş Aslani Qocabəylini həbsə məhkum edib.

Rejimin Apelyasiya məhkəməsi heç bir günahı olmayan azərbaycanlı fəal Tohid Əmir Əmini 7 il yarım, Kianuş Aslanini isə 5 il həbs cəzasına məhkum edib.

Qeyd edək ki, azərbaycanlı fəallar 2019-cu ilin fevralın 20-də Dünya Ana Dili Günü münasibətilə Tehranda keçirilən toplantıda həbs ediliblər. Fəallar irqçi fars rejimin Tehrandakı İnqilab əhkəməsinin 26-cı şöbəsində rejim tərəfindən şərlənərək “Milli təhlükəsizliyi pozmaq əqsədi ilə toplaşmaq və əlbir olmaq” və  “Dövlətə qarşı təbliğat aparmaq”da ittiham ediliblər. birinci ittihama üzrə Əmir Əmini 7.5 il və ikinci ittihamdan isə 18 ay həbsə məhkum edilmişdir. Aslani isə birinci ittihamdan 5 il həbsə məhkum edilib. İkinci ittihamdan isə bəraət alıb.

Mühəndis Kiyanuş Aslani Qocabəyli Tehranda Azad Universitetinin “memarlıq” ixtisası üzrə magistrantıdır. Tohid Əmir Əmini də tanınmış azərbaycanlı fəallardandır.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın