Bazar ertəsi , Fevral 17 2020
azfa

Rejim azərbaycanlı fəal Əli Əzizini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi Urmiya sakini olan azərbaycanlı milli-mədəni fəal Əli Əzizi üçün təyin edilən mülki vəsiqə qərarını ağırlaşdırılaraq onu həbs etmişdir.

Azərbaycanlı fəal 2019-cu il iyunun 2-də rejimin Urmiyada yerləşən İnqilab Məhkəməsinin 6-cı şöbəsində keçirilən məhkəmə iclasına qatılıb. Fəalın yaxınlarının verdiyi məlumata görə, fəala saxta “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” ittiham irəli sürülüb və onun müvəqqəti zaminə buraxılması üçün təyin edilən mülki vəsiqə qərarı 150 milyon tümən məbləğinə qaldırılıb. Bunun üçün azərbaycanlı fəal həbs edilib.

Həmin fəalla yanaşı məhkəməyə çağırılan Əta Kərimi isə ona rəsmi çağırış vərəqəsi göndərilmədiyi üçün məhkəməyə getməkdən imtina edib.

Qeyd edək ki, Əli Əzizi və Əta Kərimi mayın 1-də telefon vasitəsi ilə məhkəməyə çağırılmışdır.

Həmçinin yoxlayın

Rejim azərbaycanlı şair və yazıçı Mənsur Zeynalzadəni 1 il həbsə məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı şair və yazıçı Mənsur …

Türk ordusu Əsəd qüvvələri və onların kənarında döyüşən sepah terrorçularına zərbələr endirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Silahlı Qüvvələri (TSK) Türkiyə sərhəd xəttində qaçqın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir