Şənbə , Aprel 20 2024
azfa

Rejim azərbaycanlı fəal Əlirza Fərşini məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi Tehranı Apelyasiya Məhkəməsinə çağırdı.

Bununla bağlı azərbaycanlı fəala göndərilən elektron məktubunda onun Apelyasiya Məhkəməsinin 54-cü şöbəsinə çağırıldığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl Əlirza Fərşi “Beynəlxalq Ana Dili Günü” mərasimi kampaniyası təşkil etdiyi üçün irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmış və 2017-ci ildə Tehranın İnqilab Məhkəməsi tərəfindəın 15 il həbs və Xuzistan vilayətinin Bağməlik şəhərində 2 il sürgündə yaşamaq cəzasına məhkum edilmişdi.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın