Şənbə , Mart 28 2020
azfa

Rejim azərbaycanlı fəal Həkimə Əhmədini 2 il həbsə məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı fəal Həkimə Əhmədini 583 gün müvəqqəti həbsdən sonra onu 2 il həbsə məhkum edib.

İrqçi fars rejim azərbaycanlı fəalı şərləyərək “Sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmaq”da ittiham edib.

Qeyd edək ki,  Güney Azərbaycanın Marağa şəhərində yerləşən rejimın zindanında saxlanılan Həkimə Əhmədi 2018-ci il oktyabrın 18-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq rejimin Mərənd şəhərində yerləşən ETTELAAT İdarəsinin təcridxanasına aparılmışdır. İşgəncə edilən azərbaycanlı fəal ağır xəsarət almış və bir müddət xəstəxanaya köçürülmüşdür. Fəal daha sonra isə rejimin Marağada yerləşən zindanına köçürülüb.

Azərbaycanlı fəal bu qanunsuzluğa görə həbsdə olduğu 16 ay müddətində bir neçə dəfə aclıq aksiyası keçirib.

Həmçinin yoxlayın

Azərbaycan Respublikası martın 29-dan xüsusi karantin rejimə keçir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı …

Çin Koronavirusuna yoluxmuş terrorçu PKK üzvləri terror əçəliyyatına hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin koronavirusu (COVİD-19) İran, İraq və Suriyada fəaliyyət …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir