Rejim azərbaycanlı fəal Salar Tahir Əfşarı məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşarı məhkəməyə çağırdı. Fəal yanvarın 15-də rejimin Qərbi Azərbaycandakı Cinayət Məhkəməsinin 101-ci şöbəsinə çağırıldığı bildirilir.

Rejimin göndərdiyi çağırış vərəqəsində azərbaycanlı fəal “qanunsuz etiraza qatılmaq, virtual məkanda müəyyən filmlər yaymaq, yanacaqdoldurma məntəqəsini dağıtmaq, etirazlara çağırış etmək və şüar səsləndirmək yolu ilə ictimai asayişi pozmaq”da ittiham olunduğu qeyd edilib.

Qeyd edək ki, irqçi fars rejimin təhlükəsizlik qüvvələri fəalı yaxalamaq üçün onun ata evi və digər yaxınlarının evinə hücum etdikdən sonra, azərbaycanlı fəal 2019-cu il noyabrın 18-də Urmiyanın “9 Pillə” məhəlləsində yerləşən ETTELAAT şöbəsinə müraciət edib. Fəal 2 gün saxlandıqdan sonra məhkəməyə göndərilib.

Təyin olunmuş 100 milyon tümənlik mülki vəsiqəni təmin etdikdən sonra zaminə buraxılan fəal məhkəmə binasından çıxarkən terrorçu Sepahın kəşfiyyat məmurları tərəfindən yaxalanıb. O bundan sonra 5 gün Sepahın təcridxanası, 3 gün isə Urmiyada təcridxanada yaxalanıb. Fəal daha sonra isə zaminə buraxılmışdır.

Azərbaycanlı fəal noyabr etirazları dövründə yaxalanmışdır.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın