Cümə , Oktyabr 23 2020
azfa

Rejim azərbaycanlı milli-mədəni fəal Əyyub Şirini məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Əyyub Şirini Təbrizdə məhkəmə qərarlarını icra edən bölmənin 4-cü şöbəsinə çağırıb.

Azərbaycanlı fəala göndərilən məhkəmənin elektron çağırış vərəqəsində Əyyub Şirinin barəsində çıxarılan qərarın icrası üçün sentyabrın 22-də həmin şöbəyə müraciət etməsi tələb olunub.

Rejimin tərəfindən şərlənərək “İctimai asayişi pozmaq”da günahlandırılan Əyyub Şiri yoxsul ailələrə və ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə 10 milyon tümən dəyərində dezinfeksiya və tibbi vasitələr almağa məhkum edilib.

Həmçinin Əyyub Şiri 12 ay həbs və 74 şallaq zərbəsinə məhkum edilib. Lakin milli fəal barəsində çıxarılan həbs və şallaq cəzalarının icrası bir illiyə təxirə salınıb.

Qeyd edək ki, Əyyub Şiri 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı onlarla azərbaycanlı fəalla birlikdə yaxalanmışdı. Fəal bir müddət saxlandıqdan sonra mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

Azərbaycan Müdafiə Nazirliyi: Vacib ərazi və yüksəkliklər azad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə …

Erməni təcavüzünü pislədiyinə görə İranın yaxaladığı fəalların adları-Siyahi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi təcavüzünü pislədiklərinə görə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir