Şənbə , Aprel 4 2020
azfa

Rejim azərbaycanlı şair və yazıçı Mənsur Zeynalzadəni 1 il həbsə məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı şair və yazıçı Mənsur Zeynalzadəni şərləyərək 1 il həbsə məhkum edib.

Qeyd edək ki, azərbaycanlı fəal 2019-cu il dekabrın 9-da Urmiyanın “9 Pillə” adlı ETTELAAT İdarəsinin məmurları tərəfindən yaxalanıb. Azərbaycanlı fəal iki gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında zaminə buraxılmış və bir neçə həftə sonra rejimin Urmiyada yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 1 il həbsə məhkum edildiyi məlum olub.

Çaypara şəhərindən olan mühəndis Mənsur Zeynalzadə hazırda Urmiyada yaşayır, onun 39 yaşı var və evlidir.

Azərbaycanlı fəal və şair mədəni fəaliyyəti dövründə rejimin qanunlarına zidd heç bir iş görməyib.

Həmçinin yoxlayın

Rejim azərbaycanlı işçi fəalı Əmir Çəmənini yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin internet cinayətkarlığı – fəta polisi …

Koronavirus təhlükəsinə görə azərbaycanlı fəal Cəfər Rüstəmirad zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin günahsız yerə həbs etdiyi azərbaycanlı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir