Şənbə , Aprel 4 2020
azfa

Rejim azərbaycanlı vəkil Məhəmməd Güneylini üçüncü dəfə mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlə fəal və vəkil Məhəmməd Güneylini üçüncü dəfə mühakimə edib.

Məlikanın üzdəniraq millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun qətl hadisəsini araşdıran azərbaycanlı milli-mədəni fəal və vəkil Məhəmməd Güneylinin rejimin Təbrizdə yerləşən məhkəməsinin 2-ci şöbəsində keçirilən iclasda irəli sürülən ittihamlarla bağlı prokurorluq və “Sepah”ın nümayəndələri də iştirak edib.

Hakim Cinayət Prosessual məcəlləsinin 280-cı maddəsinə uyğun olaraq fəalın ittihamlarından birini dəyişib. Bundan əvvəl düşmən ölkələrə casusluqda günahlandırılan Məhəmməd Güneylinin ittihamı “İslam Cümhuriyyətinə düşmən olan dövlətlərlə əlaqə qurmaq və əməkdaşlıq etmək”lə dəyişdirilib.

Qeyd edək ki, azərbaycanlı vəkil şərlənərək prokurorluq tərəfindən hazırlanan iddianamədə “hökumətə müxalif olan qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq və virtual məkanda İslam Cümhuriyyətinin əleyhinə yalan məlumat yaymaqla milli təhlükəsizliyi pozmağa cəhd götərmək”, “müəyyən rəsmi məlumatları səlahiyyəti olmayan şəxslərə ötürmək” və “İslam Cümhuriyyətinin əleyhinə düşmən dövlətlərə casusluq etmək”də ittiham olunub.

İttihamlar saxta olduğu üçün bundan əvvəlki məhkəmə iclasında azərbaycanlı fəalın vəkilləri dosyedə sözügedən dövlət rəsmisi və Məhəmməd Güneylinin guya əlaqədə olduğu dövlətlərin adının açıqlanması və iddianı sübut edən sənədlərin təqdim olunmasını tələb etmişdilər. Lakin tələb olunan sənədlər təqdim olunmayıb.

Rejimin əlaltısı hakim Ehrari ikinci məhkəmə iclasında azərbaycanlı fəalı “Sosial şəbəkələrdə yalan məlumat yaymaq və milli zəmində materiallar paylaşmaqla sistem əleyhinə təbliğat aparmaq” ittihamına görə fəalı 6 ay həbsə məhkum etmişdi. Hökmə Apellyasiya Məhkəməsində baxıla bilər.

Xatırladak ki, azərbaycanlı vəkil Məhəmməd Güneyli Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün araşdırma apardığı zaman 2019-cu il yanvarın 23-də terrorçu Sepah Təşkilatının kəşfiyyat məmurları tərəfindən yaxalanmışdır. 11 ay fiziki və psixoloji işgəncələrdən sonra 2019-cu il noyabrın 16-da 850 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Rejimin həmçinin fəalın vəkillik lisenziyasını da qanunsuz şəkildə ləğv edib.

Həmçinin yoxlayın

Türk ordusu “Sülh çeşməsi” bölgəsində daha 24 terrorçunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə hərbçilərinin Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatı …

Rejim Ərdəbildə həbs etdiyi bəluç siyasi məhbus rejimin Məhkəmə Sisteminin rəisinə məktub yazdı: Mənə nəfəs çəkmək haramdırmı?!

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Abbas Lisani ilə bir yerdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir