Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Rejim azərbaycanlı fəal Abbas Lisanini 8 il həbs və 2 il sürgünə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün iyulun 8-də irqçi fars rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Abbas Lisani 8 il həbs və ailəsi ilə birlikdə 2 il Yəzd şəhərinə sürgünə məhkum edib.

Qeyd edək ki, 2019-cu il iyun ayının 27-də tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin son məhkəmə iclası keçirilmişdi.

Səhər saatlarında rejimin Ərdəbildə yerləşən inqilab məhkəməsinin 1-ci şöbəsində keçirilən məhkəmədə fəalın vəkili və prokurorluq nümayəndələri də iştirak ediblər. Məhkəmə prosesində Abbas Lisani hakimə demişdi: “Hər kəs mənə qarşı irəli sürülmüş ittihamların əsassız və yalan olduğunu bildiyindən, ümid edirəm ki, məhkəmə orqanları bu cinayət işində həssaslıq və müstəqilliyi qorumağın zəruri olduğunu başa düşər.”

Azərbaycanlı fəal Azərbaycan Milli Hərəkatının sivil olduğuna toxunaraq deyib: “Hərəkatın öz xaricində heç bir ünsürdən asılı olmadığını nəzərə aldıqda, onun ideologiyasına digər fikirləri yeritmək və bunun da nəticəsində Azərbaycan milli-mədəni fəallarına qarşı repressiya həyata keçirtmək cəhdləri uğursuzluğa düçar olacaq.”

Azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvar ayının 15-də rejimin Təbrizdə yerləşən inqilab məhkəməsinin 2-ci şöbsində oğurlanmış, daha sonra rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsinin məmurlarına təhvil verilmişdir. O, tutulmamışdan öncə müsahibələrindən birində demişdir: “İranda türklərin milli və insan hüquqları baxımından istəkləri kütləvi olduğuna görə, bu tələbləri qəbul etməmək ölkə idarəçilərini qarşıda daha böyük və daha ciddi mübarizə meydanları ilə üz-üəz qoyacaq”.

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Bir cavab yazın