Çərşənbə , Aprel 24 2024
azfa

Rejim azərbaycanlı fəal Abbas Lisanini 10 ay həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsi tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisanini 10 ay həbsə məhkum edib.

Bununla bağlı rejimin məhkəməsi 2018-ci il dekabrın 31-də fəala SMS vasitəsilə Babək Qalası Qurultayı ilə bağlı fəalın həbsə məhkum edildiyini bildirib.

Həbsin müddəti ilə bağlı məlumat verilmədiyi üçün fəalın ailəsi məhkəmə hökmlərini icra edən şöbəyə müraciət edib. Məlum olub ki, fəal Təbriz zindanında 10 ay həbs cəzasına məhkum edilib.

Azərbaycanlı fəal Abbas Lisani qiyabi məhkəmə prosesindəçıxarılan həmin hökmün siyasi xarakterli və qanunsuz adlandırıb. O bildirib ki, qeyri-rəsmi və qanunsuz şəkildə məhkəməyə çağırıldığına məhəl qoymadığı kimi, hökmün icra olunması mərhələsində də müqavimət göstərəcək.

Qeyd edək ki, tanınmış azərbaycanlı fəal 2018-ci il iyulun 1-də Babək Qalası Qurultayı ərəfəsində Ərdəbildə saxlanılaraq ,Təbrizdə yerləşən rejimin ETTELAAT İdarəsinin təcridxanasına, oradan isə Təbrizidə yerləşən rejimin Mərkəzi zindanına köçürülmüşdür. O “mərhum Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edilmişdi.

Həmçinin yoxlayın

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Bir cavab yazın