Rejim azərbaycanlı fəal Cəfər Rüstəmiradı zindana salır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmiradı ona qarşı çıxardığı 6 aylıq həbs müddətini keçirmək üçün zindana salır.

İrqçi fars rejimin Evin zindanında həbs hökmlərini icra edən 1-ci şöbəsi bu məqsədlə fəala çağırış göndərib.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad keçən il iyun ayında Babək Qalası Qurultayında iştirak etmək ehtimalına görə rejim tərəfindən Tehran şəhərində həbs edilib.

Rejimin Tehranda yerləşən İnqilab Məhkəməsinin 26-cı şöbəsi isə azərbaycanlı fəal Cəfər Rüstəmiradı İbrahim Nuri ilə birlikdə saxta ittihamlara görə mühakimə edilərək, ona qarşı həbs və sürgün qərarı çıxarmışdır. Fəala qarşı KİV və sosial şəbəkə yasağı hökmü də çıxarılıb.  

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın