Cümə axşamı , Aprel 25 2024
azfa

Rejim azərbaycanlı fəal Həkimə Əhmədini 2 il həbsə məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı fəal Həkimə Əhmədini 583 gün müvəqqəti həbsdən sonra onu 2 il həbsə məhkum edib.

İrqçi fars rejim azərbaycanlı fəalı şərləyərək “Sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmaq”da ittiham edib.

Qeyd edək ki,  Güney Azərbaycanın Marağa şəhərində yerləşən rejimın zindanında saxlanılan Həkimə Əhmədi 2018-ci il oktyabrın 18-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq rejimin Mərənd şəhərində yerləşən ETTELAAT İdarəsinin təcridxanasına aparılmışdır. İşgəncə edilən azərbaycanlı fəal ağır xəsarət almış və bir müddət xəstəxanaya köçürülmüşdür. Fəal daha sonra isə rejimin Marağada yerləşən zindanına köçürülüb.

Azərbaycanlı fəal bu qanunsuzluğa görə həbsdə olduğu 16 ay müddətində bir neçə dəfə aclıq aksiyası keçirib.

Həmçinin yoxlayın

Xocalı anım gününə divan tutan İran erməniləri Türkiyə və Azərbaycana qarşı mitinqə təşkilatlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Xocalıya anım mərasiminə divan tutan irqçi fars-molla rejimi …

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Bir cavab yazın