Şənbə , Aprel 20 2024
azfa

Rejim azərbaycanlı fəal Meysəm Colaninin həbs müddətini 6 aydan 13 aya artırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsi iyunun 30-da verdiyi qərarla öncədən şərliyib 6 ay həbsə və 74 şallaq zərbəsinə məhkum etdikləri azərbaycanlı milli-mədəni fəal Meysəm Colaninin həbs müddətini 6 aydan 13 aya və 74 şallaq zərbəsinə qaldırıb.

Qeyd edək ki, bundan öncə rejimin Ərdəbildə yerləşən 2-ci Cinayət Məhkəməsinin 102-ci şöbəsinin hakimi Tahir Rəsuli fəalı qiyabi şəkildə 6 ay həbsə və 74 şallaq zərbəsinə məhkum etmişdi. Lakin azərbaycanlı fəal Meysəm Colani bu ədalətsiz qərara öz etirazını bildirmişdir. Ona görə məhkəmə iyunun 30-da yenidən təşkil edilib və həmin hakim fəalın həbs müddətini heç bir səbəb olmadan iki dəfədən çox arırıb.

Azərbaycanlı fəal həmin ədalətsiz qərardan 20 gün müddətinə apelyasiya şikayəti verə bilər.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Meysəm Colani keçən il noyabr etirazları zamanı iqçi fars rejimin məmurları tərəfindən şərlənərək çox sayda digər fəallarla yanaşı yaxalanmışdır. O 2019-cu il dekabrın 9-da vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın