Rejim azərbaycanlı fəal Ramin Cəbrəilini ETTELAAT-a çağıraraq, sorğu-suala tutudu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal, şair və yazıçı Ramin Cəbrəilini Təbrizdə ETTELAAT İdarəsinə çağıraraq sorğu-suala tutub.

Rejimin məmurları məhkəmə qərarı ilə oktyabrın 2-də fəalın ata evinə müraciət edərək evdə axtarış aparıblar. Onlar Ramin Cəbrəilini evdə tapmadığı üçün onu  ETTELAAT İdarəsinə çağırıblar.

Rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı fəalın oktyabrın 3-də Təbrizdə yerləşən rejimin ETTELAAT İdarəsinin 37-ci otağına müraciət etməsini tələb edib və bildiriblər ki, fəal müraciət emədiyi təqdirdə onun barəsində tədbir görəcəklər.

Azərbaycanlı fəal təyin olunan vaxtda ETTELAAT İdarəsinə müraciət edib və onun bir neçə saat müddətinə sorğu-suala tutulub. Rejimin məmurları Ramin Cəbrəiliyə xəbərdarlıq edərək, tələb ediblər ki, azərbaycanlı fəallarla əlaqəni kəssin.

Həmçinin yoxlayın

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Bir cavab yazın