Cümə axşamı , Mart 28 2024
azfa

Rejim azərbaycanlı fəal Şahin Bərzgəri 12 ay həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Təbriz sakini olan azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgəri şərləyərək “Rejimə qarşı təbliğat aparmaq”da günahlandıraraq 12 ay həbsə məhkum edib.

Azərbaycanlı fəal bundan öncə Təbriz Cinayət Məhkəməsinin 112-ci şöbəsi tərəfindən “İctimai asayişi pozmaq” ittihamından bəraət almışdır.

Azərbaycanlı fəal rejimin Təbrizdəki İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən  öz İnstagram səhifəsində guya separatçılıqla əlaqədar simvollar və şəkilləri yaymaq və həbsdə olan milli fəalların şəkillərini paylaşmaqla onların azadlığa buraxılmasını tələb etdiyinə görə, İslam Cəza Qanununun 500-cü maddəsinə istinadən “Sistemə qarşı təbliğat aparmaq”da günahlandıraraq 12 ay həbsə məhkum edilib.

Azərbaycanlı fəal həmçinin “Qanunsuz GAMAC təşkilatına üzv olmaq” ittihamından da bəraət qazanıb.

Azərbaycan öyrənci hərəkatının iştirakçılarından olan Bərzgərin məhkəməsi iyunun 9-da keçirilmişdir. Məhkəməyə Avropa Birliyinin 2013-cü ildə İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alan qəddar hakim Rəhim Həmlbər sədrlik edib.

Qeyd edək ki, Şahin Bərzgər 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı heç bir günahı olmadan onlarla digər fəalla birlikdə Təbrizdə yaxalanmışdı. Azərbaycanlı milli-mədəni fəal təxminən 100 gün ETTELAAT-ın təcridxanada saxlandıqdan sonra fevralın 24-də 600 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın