Çərşənbə , Aprel 24 2024
azfa

Rejim azərbaycanlı fəalı Binabda təhdid edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin polisi  Binab şəhərində azərbaycanlı milli-mədəni fəal Cəfər Süleymanzadəni polis idarəsinə çağıraraq təhdid ediblər.

Rejimin təhlükəsizlik qüvvələri avqustun 7-də Süleymanzadəyə zəng edərək onun polis bölməsinə çağırıblar və fəalın polis idarəsinə getmədiyi təqdirdə həbs ediləcəyi ilə təhdid ediblər.

Polis idarəsində Süleymanzadədən mobil telefonunu istəyiblər. Lakin o telefonunun üstündə olmadığını bildirib.

Bundan sonra rejimin məmurları Süleymanzadəni yaxalayıb və evinə, eləcə də iş yerinə apararaq orada axtarış aparıblar. Mobil telefonu tapa bilməyən məmurlar azərbaycanlı fəalı yenidən polis idarəsinə aparıblar.

Türk fəal rejimin polis idarəsində bir neçə saat saxlanmış məmurların kobud sözlərinə və təhqiredici davranışlarına məruz qalıb.

Sülyemanzadənin polis bölməsinə çağırılaraq hədələnməsinin səbəbi kimi fəalın Binab sakini olan başqa azərbaycanlı milli-mədəni fəal Səid Minayi ilə telefon əlaqəsi saxlayıb, iş yerinə görüş təyin etməsi olub.

Həmçinin yoxlayın

GADTB Mərkəzi Şurasının üzvü, dünya şöhrətli alim Xəlil bəy Kələntərin “İctimai TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Mərkəzi Şurasının …

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Bir cavab yazın