Şənbə , Aprel 20 2024
azfa

Rejim azərbaycanlı fəallar Əli və Rza Vasiqi məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli fəallar Əli və Rza Vasiqini Ərdəbildə yerləşən İnqilab Məhkəməsinə çağırdı.

Fəallara iyulun 27-də göndərilən çağırış vərəqəsinə əsasən, onlar avqustun 10-da səhər saatlarında rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsinə müraciət etməlidirlər.

Şərlənən azərbaycanlı fəallara çağırış vərəqəsində “separatçı və milli məzmunda mətnlər yaymaqla milli təhlükəsizliyə qarşı toplaşmaq” ittihamının irəli sürüldüyü bildirilib.

Qeyd edək ki, Vasiqi qardaşları iyunun 10-da İran ETTELAAT məmurları tərəfindən öz iş yerlərində yaxalanmışlar. Rejimin məmurları fəalları yaxalayarkən onları vəhşicəsinə döymüşlər.

Rejimin məmurlarının vəhşiliyi hətta qonşuların da etirazına səbəb olmuşdu.

Azərbaycanlı fəallar iyunun 16-da hər biri 110 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışlar.

Həmçinin yoxlayın

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan raket sistemini vurub

GADTB: İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan Hava Hücumundan Müdafiə sistemini …

Bir cavab yazın